Ölüm

Görən kimi gözətləyir
Kimə meyl salıb indi
Əgər biz yaşayırıqsa
Ölüm tənha qalıb indi

Bəlkə indi başımıza
Vurmağa bir daş axtarır
Ölüm ,bizi öldürməklə
Özünə sirdaş axtarır

Bir gün sənin,bir gün mənim
Bir gün onun növbəsidi
Həyat ölümün bizlərə
Müddətli hədiyyəsidi.

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply