Bu millətin çöpü qalıb

Bu millətin çöpü qalıb
Gəlin çöpçüyə aparaq
Boğazda ilişib qalan
Cəsarətini çıxaraq

Bu millətin çöpü qalıb
Haqq sözünü deyə bilmir
Halallıqla qazandığın
Rahatlıqla yeyə bilmir

Varlı elin,kasıb yükü
Onun kürəyinə düşüb
Etirazı, kin,qəzəbi
Gedib ürəyinə düşüb

Çöpçü qardaş çarə elə
Qoyma bu dərd ilə qalsın
Ya təmiz kəs nəfəs yolun
Ya çıxart ki,nəfəs alsın

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply