Mənim Milli Məclisim

Sən necə də gözəlsən
Mənim Milli məclisim
Təbəssümlü,gülərsən
Mənim Milli məclisim.
. . .
Çoxdur sənin zəhmətin
Boynumda var minnətin
Bir milyondu qiymətin
Mənim Milli məclisim
. . .
Əyri yollarla gedən
Xalqın haqqını didən
Şaha vəkillik edən
Mənim Milli məclisim
. . .
Sənin həya tülün var
Villanda bülbülün var
125 gülün var
Mənim Milli məclisim
. . .
Kürü dalınca qaçan
Dünyaya "işıq" saçan
Rüşvətə qucaq açan
Mənim Milli məclisim
. . .
Çox şeyləri görəcək
Xalqa baxıb güləcək
İnkişafdan öləcək
Mənim Millıi məclisim
...
Xalqın gözləntisidi
Həm erkək,həm dişidi
Qonaqlıq məclisidi
Mənim Milli məclisim


http://www.youtube.com/watch?v=myHNAt7C2b0 Rəşad Həsənovun ifasında "Mənim Milli Məclisim"

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply