Mən gülə bilmirəm


Mən gülə bilmirəm əvvəlki kimi
Bəlkə içimdəki gülüş qocalıb
Məni tərk eləyib təbəssüm daha
Gülüşüm ağzımın içində qalıb …
Mən gülə bilmirəm əvvəlki kimi
Səs qalam gülüşsüz sökülüb mənim
Gülüşüm çölümə xəbər aparmır
Gülüşüm içimə tökülüb mənim …
Mən gülə bilmirəm əvvəlki kimi
Gülüşüm özünə qəm düzəltdirib
Bəlkə gülüşlərim əsir düşübdü?
Dərdim gülüşümü həbs elətdirib …
Mən gülə bilmirəm əvvəlki kimi
Məni yandırsa da istilik deyil
Bəlkə də ağlayan millət içində

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply