Dözümlü xalq

Mənim xalqım dözümlüdü
Talayırlar, yenə dözür
Həyatında şər ocağın
Qalayırlar, yenə dözür

Mənim xalqım dözümlüdür
Dözümündən utanıram
Dərdi susmaqla çözməzlər
Çözümündən utanıram

Bu ölkədə dözümlülük
Xəyanətdi, qabahətdi
Dözümlülük yaltaq olmaq
Dözümsüzlük, cəsarətdi

Mənim xalaqım dözümlüdü
Dözümlülük, adətidi
Bu məqamda dözümlülük
Qorxaqlıq əlamətidi.

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply