İndi bu gözlər də mənimki deyil
Gözüm, gözləriyin bələdçisidi
Mənim sinəmdəki döyünən ürək
Sənin hissləriyin dilənçisidi

Gah dilim tutulub,gah ayaqlarım
Əlindən tutmağa yubanmışam mən
Amma, xəyalımda tutub əlindən
Bütün kainatı dolanmışam mən

Bu qəddar baxışın,bu ögəyliyin
Məni hissə-hissə dəli eləyib
Sənin bu ətalət tutmuş hisslərin
Fikrimi,qəlbimə zəli eləyib.

Oğurlayan odur,aparan odur
Hissi,duyğuları qarət olan mən
Mənnən oğurlanan gərəyim deyil
Mənnən oğurlayan tapılsın həmən

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply