Xəyal
Mən xoşbəxt oluram xəyallarımda
Xəyallardan ayrı tənhayam,təkəm
Mən xoşbəxt oluram xəyallarımda
Mən xəyallarıma möhtac bir kəsəm
…
Mənim xəyallarım təsəlli yerim
Mənim xəyallarım dərd ortağımdı
Mənim xəyallarım sevgi heykəlim
Mənim xəyallarım qəm yatağımdı
…
Bu dünya,bu xəyal ikisi də var
Biri həqiqidi,o biri qurma
Biri boğazıma kəndir keçirib
Biri çiynin verib ayaqlarıma
…
Bu dünyadan, bu həyatdan
Tamam küsmək istəyirəm
Mən özümü xəyallara
Qurban kəsmək istəyirəm
Xəyallardan ayrı tənhayam,təkəm
Mən xoşbəxt oluram xəyallarımda
Mən xəyallarıma möhtac bir kəsəm
…
Mənim xəyallarım təsəlli yerim
Mənim xəyallarım dərd ortağımdı
Mənim xəyallarım sevgi heykəlim
Mənim xəyallarım qəm yatağımdı
…
Bu dünya,bu xəyal ikisi də var
Biri həqiqidi,o biri qurma
Biri boğazıma kəndir keçirib
Biri çiynin verib ayaqlarıma
…
Bu dünyadan, bu həyatdan
Tamam küsmək istəyirəm
Mən özümü xəyallara
Qurban kəsmək istəyirəm