Qurtuluş günü

QURTULUŞ GÜNÜ
De nədən qurtuldun ey mənim xalqım?
Ağdamın,Laçının geri döndümü?
Şəhidlərin ruhu rahatlıq tapıb
Yanan ürəklərin odu söndümü?

De nədən qurtuldun ey mənim xalqım?
Haqqa,nahaq demək qurtulmaqdımı?
Bir qarın çörəyə,bir tikə ətə
Yaltaqlıq eləmək qurtulmaqdımı?

De nədən qurtuldun ey mənim xalqım?
Alçalıb yaşamaq qurtulmaq deyil
Gedənə xəyanət damğası vurub
Gələnə əl çalmaq qurtulmaq deyil

De nədən qurtuldun ey mənim xalqım
Haramı,haladan ayırdınmı heç?
Əlini uzadıb qibləyə tərəf
Haqqı ürəyinə çağrdınmı heç?

De nədən qurtuldun ey mənim xalqım?
Qaralmış bəxtini ağarda bildin?
Çirkab bir mühitdə yalana batmış
Xəstə təfəkkürü sağalda bildin?

De nədən qurtuldun ey mənim xalqım
Yatdığın yuxudan oyandınmı sən?
İtən torpağıyın hesabı üçün
Düşmən qapısında dayandınmı sən?

De nədən qurtuldun ey mənim xalqım
Bu qurtuluş,qurtulmağa yamaqdı
Sənin qurtulduğun,qurtuluş deyil
Sənin qeyd etdiyin qurtulmamaqdı

De nədən qurtuldun ey mənim xalqım?
Sən nəfsinə qalib gələ bildinmi?
Əsl insan kimi ömür yaşayıb
Əsl insan kimi ölə bildinmi?

De nədən qurtuldun ey mənim xalqım?
Niyə qurtuldum deyirsən nahaqdan?
Əgər Allah günaha yazmasaydı
Ölüb,qurtulardım bu kainatdan.

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply