Mənim gözüm

Mən öz təsəllimə görə
Gözlərimi aldatmışam
Rahatlıq,hüzur xətrinə
Zaman-zaman ağlatmışam

Nə demişəm,nə etmişəm
Səssizcə məni dinləyib
Hara gəlibdi baxmışam
Gözə yazığım gəlməyib

Mən gözümün işıq yükün
Həvəsimlə boşaltmışam
Bəlkə də mən gözlərimi
Ağlamaqçün yaşatmışam

Bu gözlərlə həqiqətə
Doğruya da baxmışam mən
Yalançı,yaltaq,riyakar
Oğruya da baxmışam mən

Bu kövrək,sakit gözümnən
Nə qədər yaşlar almışam
Bəs indi necə qaytarım?
Gözümə borclu qalmışam

Gözlərim inciyib mənnən
Gözü mənnən razı salın
Əgər,qəfildən ölərsəm
Gözümnən halallıq alın.

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply