Elnur Məcidliyə

Şərəfi,vicdanı qırıq olanlar
Şüşəqıran adı verdilər sənə
Həqiqi adını deyə bilməyib
Saxta, yalan adı verdilər sənə

İli tamam olan,məhbusluq ömrün
Sənin silinməz şərəf taleyindi
Bu gün gül bayramı deyil qardaşım
Sənin azad insan yubileyindi.

Bu gənc həyatını oğurlayanlar
Qarşında alçalıb, kiçiləcəklər
Sənin şərəfinlə keçdiyin yolu
Şərəfsiz məhbus tək keçirəcəklər.

Sonraki Kayıt

Leave a Reply